Aİ nümayəndəsi Ermənistana gəlib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.
“Qərb Xəbər” xəbər verir ki, o, bu barədə tviterdə yazıb:
“Bir gün görüşlər üçün İrəvana qayıtdım”.
T. Klaar Ermənistan rəsmiləri ilə Laçın yolundakı durumu müzakirə edəcəyini bildirib.
O qeyd edib ki, Aİ-nin məqsədi Ermənistanla Azərbaycan arasında hərtərəfli həll yoluna nail olmaqdır.
Xatırladaq ki, Klaar sonuncu dəfə ötən ilin dekabrında Ermənistanda olub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı