Bölgə xəbərləri

Serj Sarkisyan məhkəməyə çağırılıb

21 dekabr / 10:57 1 dəq
92143bd6 e8f5 4c74 bc34 49af0f8147e2
21 dekabr / 10:57
Burada sizin reklamınız ola bilər

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və iki qızı məhkəməyə çağırılıb.

“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

S.Sarkisyan və qızları qanunsuz əmlak əldə etmək iddiası ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.

Onların məhkəməyə çağırılması tələbini Baş Prokurorluq irəli sürüb.

Məhkəmə prosesi yanvarın 19-da baş tutacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər