İcra Hakimiyyət başçısının müavini işdən çıxarıldı
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Əhmədov işdən çıxarılıb.
“Qərb Xəbər” məlumat verir ki, “Unikal”ın əldə etdiyi xəbərə görə, bununla bağlı icra başçısı Rafil Hüseynov müvafiq əmr imzalayıb.
Hələlik birinci müavin vəzifəsinə təyinat yoxdur.





