Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünən bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Daş Salahlı kənd sakinləri Bayramov Zakir Əhməd oğlunun və Qurbanov Allahverdi Qurban oğlunun torpaq sahəsinin sənədləşməsi ilə bağlı müraciətinə cavab olaraq araşdırılıb qanunamüvafiq qaydada baxılacağı bildirilib.
Ünvanlı sosial təminatla bağlı müraciət edən şəhər sakini Eminova Gülşən Həsən qızının, Aslanbəyli kənd sakini İsmayılova Aynur Vaqif qızının istəklərini dinləyən rayon icra başçısı aidiyyəti üzrə müraciət etmələrini tövsiyə edib.
Şəhər sakinləri Abdullayeva Əntiqə Rus qızının, Binnətova Şəbnəm Elxan qızının, Qarasaqqalova Şərqiyyə Mirzə qızının, Qurbanov Fərid Qurban oğlunun, Quşçu Ayrım kənd sakini Hacıyev Çingiz Əsgər oğlunun, Cəfərli kənd sakini Mustafayeva Məleykə Bəylər qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.