Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycan prezidenti AB Şurasının prezidenti ilə danışdı

14 avqust / 13:03 2 dəq
Ilham əliyevvv
14 avqust / 13:03
Burada sizin reklamınız ola bilər

Avqustun 14-də Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Avropa Birliyi Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa Birliyinin əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb. Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.

Telefon söhbəti zamanı bu ilin mayında Tiranada “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Dövlətimizin başçısı və Antonio Koşta Azərbaycan-Avropa Birliyi əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı