Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində yeni ictimai məktəbin tikintisi ilə bağlı tender elan olunub.
Azərbaycandilli təhsil müəssisəsi 300 şagird üçün nəzərdə tutulub.
Gürcüstanın Bələdiyyələrin İnkişafı üzrə Fondun direktoru Giorgi Şengelia və Laqodexi rayonunun icra başçısı Condo Mdivnişvili Qabal kəndinə baş çəkiblər.
Qabal kəndində mövcud olan Azərbaycandilli ictimai məktəb qəzalı vəziyyətdədir. İnşa olunacaq yeni məktəb beynəlxalq standartlara cavab verəcək. Təhsil ocağının binası məhdud fiziki imkanlı şəxslər üçün də adaptasiya olunacaq.