Gədəbəydə 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Gədəbəy rayon Zamanlı kəndində 58 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
“Qərb Xəbər”in məlumatına görə, 1965-ci il təvəllüdlü Fazil İsgəndər oğlu Aslanov şəxsi evində iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.
Elektrik cərəyanı vurması nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı