İnsanın ürək hüceyrələrindən balıq yaradıldı: Quyruğunu yelləyir, əzələ hərəkəti ilə… – VİDEO
Harvard və Emori Universitetinin tədqiqatçıları insan ürəyinin əzələ hüceyrələrindən balıq yetişdiriblər.
Kiçik bir biohibrid duz və qlükoza məhlulunda üzür, quyruğunu ritmik şəkildə yelləyir. Onun 100 gündən çox yaşaya biləcəyi gözlənilir.
Araşdırmaçılar balığın köməyi ilə onlar ürəyin iki əsas tənzimləyici funksiyasını daha yaxşı anlayacaqlarına ümid edirlər. Bu, ürək xəstəliklərilə daha uğurlu mübarizə aparmağa kömək edəcək.




