“Qarabağ” La Liqa təmsilçisi “Leqanes”in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini rəsmən açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, klub rəsmi “Facebook” səhifəsi vasitəsilə qanalı hücumçunun Ağdam klubunun forması ilə şəklini paylaşıb və “Xoş gəldin, Ovusu!” sözlərini yazıb.
Ağdam təmsilçisi “Leqanes”dən transfer etdiyi 22 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalayıb. Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın “Kordoba” klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb. O, ölkəsinin əsas millisində də 4 oyuna çıxıb.