Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Tovuz” və “Qovlar” elektrik yarımstansiyaları yenidən qurulur

14 oktyabr / 11:57 2 dəq
A2f73a69a4758a4cf0cddeb33504b847
14 oktyabr / 11:57
Burada sizin reklamınız ola bilər

Tovuz rayon sakinlərinin elektrik enejisi ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonda fəaliyyət göstərən “Tovuz” və “Qovlar” elektrik yarımstansiyaları yenidən qurulur və gücü artırılır.

Qərb Xəbər” bildirir ki, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən 110/35/6 kV-luq “Tovuz” yarımstansiyasının tikintisinə başlanıb.

Yarımstansiyada 110 kV-luq 2×20 MVA gücündə iki ədəd transformator, müasir standartlara cavab verən 110, 35 və 6 kV-luq eleqaz açarlı yuvalar quraşdırılacaq və avtomatlaşdırılmış SCADA dispetçer idarəetməsi sisteminə qoşulacaqdır. “Tovuz” yarımstansiyası 35 kV-luq Qovlar, 35 kV-luq Ağdam, 35 kV-luq Əlibəyli və 35 kV-luq Tovuzçay Hava elektrik verilişləri xətləri və 12 ədəd 6 kV-luq HEVX-ni qidalandırır ki, bu da  18364 aboneti elektrik enerjisi ilə təmin edir.

İbrahimhacılı kəndi ərazisində yerləşən 110/10 kV-luq Qovlar yarımstansiyası yenidən, müasir tələblərə uyğun  qurulur. Belə ki, yarımstansiya 11193 aboneti elektrik enerjisi ilə təmin edir. Yarımstansiya 110/35/10 kV-luq olmaqla gücü artırılaraq 25 MVA-dan 50 MVA-ya çatdırılıb. Hazırda tikinti işləri başa çatıb, avadanlıqların quraşdırılmasına başlanıb. Yaxın günlərdə yarımstansiyanın istismara verilməsi planlaşdırılır.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov da görülən işlərlə yerində tanış olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı