Ağstafada “Biznes Planın Yazılması” mövzusunda təlim keçirilib.
Tovuz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı, Ağstafa Gənclərin İnkişaf və Karyera mərkəzinin tərəftaşlığı ilə “Biznes Planın Yazılması” mövzusunda təlim keçirilib.
“Qərb Xəbər”in məlumatına görə, təlimdə Tovuz KOBİM-in eksperti tərəfindən biznes plan tərtib edilməsi, biznes plan tərkibində nə olması, nələri əhatə etməsi, hansı göstəricilərin hesablanması ilə bağlı geniş məlumat verilib.
16 sahibkarın iştirak etdiyi təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Təlim çərçivəsində müxtəlif istiqamətlər üzrə yeni biznesin təşkili ilə bağlı məsləhət ekspert xidmətlərinin göstərilməsi üçün 2 sahibkarın istəyi qəydə alınıb.
Qeyd edək ki, Tovuz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.



