Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, Tovuz Rayon sakini Paşazadə Samir Fariz oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə həmyerlisi Qasımov Anar Sərdar oğlunu vurub.
Piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı TRPŞ-də araşdırma aparılır.