Dünya

BVF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu açıqlayıb

31 yanvar / 09:01 1 dəq
65b9036d4a9c365b9036d4a9c4170662385365b9036d4a9c165b9036d4a9c2
31 yanvar / 09:01
Burada sizin reklamınız ola bilər

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da daxil olduğu Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artım proqnozunu açıqlayıb.

“Qərb Xəbər” məlumat verir ki, Fond sözügedən ölkələrdə iqtisadi artımın 2023-cü ildəki 2%-dən 2024-cü ildə 2,9%-ə və 2025-ci ildə isə 4,2%-ə yüksələcəyini proqnozlaşdırıb. Bu BVF-nin 2023-cü ilin oktyabr proqnozu ilə müqayisədə müvafiq olaraq 0,5 faiz bəndi az və 0,3 faiz bəndi çoxdur.

BVF həmçinin, qlobal iqtisadi artımın 2024-cü ildə 3,1 faiz və 2025-ci ildə 3,2 faiz olacağı proqnozlaşdırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər