BVF neftin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal neft qiymətlərinin 2024-cü ildə 2,3%, 2025-ci ildə isə 4,8% azalacağını proqnozlaşdırır.
Bu barədə “Qərb Xəbər” BVF-nin təşkilatın hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə neftin qiyməti 16% azaldıqdan sonra növbəti iki ildə müvafiq olaraq 2,3% və 4,8% azalacaq.
Belə ki, BVF 2024-cü ildə neftin orta qiymətinin bir barel üçün 79,1 dollar, 2025-ci ildə isə 75,31 dollar olacağını proqnozlaşdırır.
Hesabatda izah edildiyi kimi, dünya bazarında qiymət hesablanarkən Fond “Brent”, “Dubai Fateh” və WTI markalı neftlərinə olan qiymətinin orta dəyəri istifadə olunur.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı