Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Müsahibə-Reportaj

Qüdrət Həsənquliyev: Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik

2 noyabr / 14:06 3 dəq
Indir 2023 11 02T140528.281
2 noyabr / 14:06
Burada sizin reklamınız ola bilər

“Dövlət büdcəsinə Neft Fondundan transferlər çıxanda gəlirlər azalır”.

“Qərb Xəbər” APA-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlətin qarşısında duran vəzifələrin icrası üçün vəsait lazımdır: “Biz Qarabağı azad edəndə dedik ki, iqtisadiyyatımız Ermənistandan çox güclüdür. Amma vergi və gömrük rüsumlarını artırmaqla düşünmürəm ki, bu sahədən gəlirlər artsın. Əsas odur ki, iqtisadiyyatımız böyüsün. İqtisadiyyatın əsas hissələri dövlətin nəzarətindədir. Mikayıl müəllim çıxışında dedi ki, iri dövlət müəssisələrində dövlətin payı azalacaq. Azaltmaq yox, ümumiyyətlə dövlətin payı olmamalıdır. Azərbaycanda böyük özəlləşdirməyə getmək lazımdır. Ciddi rəqabət mühiti yaradılmalı, sahibkarlar güclü kənar təsirlərdən qorunmalıdır. Bunun üçün güclü məhkəmə hakimiyyətinin yaradılmasına ehtiyac var”.

Qüdrət Həsənquliyev ixracla bağlı vergi güzəştləri ilə məsələsinə də toxunub: “Güzəştlərdən sui-istifadə halları var. Amma mən bunun ləğvini doğru saymazdım, çünki ölkəyə investisiya təşviqinə bu mənfi təsir göstərər. Son 30 ildə 200 milyard manat investisiya qeyri-neft sektoruna yönəldilib. Bu, çox kiçik rəqəmdir”.

Deputat quru sərhədlərinin bağlı qalması məsələsinə də toxunub: “Hazırda biz bilirik ki, quru yollar bağlıdır. Pandemiya bütün dünyada bitir. Bir məqamı da qeyd edim. Bizim sərhəd bölgəsinin insanları Azərbaycan dövlətinə inteqrasiya olunmağa başlayıb, sərhəd açıq olanda sərhəd ölkələrinə gedirdilər. Amma sərhədlərin bağlı qalmasından sonra belə hesablama aparılıbmı ki, nə itirmişik, nə qazanmışıq?! Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik ki?! Sərhədlər açılandan sonra bizim itirdiklərimiz nə olacaq? Sərhədlər bağlı qalanda bizim büdcədə nə qədər qazanc əldə edilib?”

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı