Şəmkirdə mənzildən oğurluq olub
Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərin birindən 25 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Çaykənd kənd sakinləri, əvvəllər məhkum olunmuş H. Rüstəmov və A. Nağıyev saxlanılıb.
Araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı