Bu gecə Qazax rayonunda yol qəzasında bir neçə nəfər xəsarət alıb.
“Qərb Xəbər”in məlumatına görə, Çaylı kəndində baş verən hadisədə “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb, 1995-ci il təvəllüdlü Əlnay Kəsəmənli, 1997-ci il təvəllüdlü Elvin İsmayılov və 1987-ci il təvəllüdlü Rəhim Rəhimov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.