Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Bayramov və Lavrov görüşdü

5 dekabr / 11:57 2 dəq
656ecea4a79ba656ecea4a79bc1701760676f86bc43b75ae6d7ad80e4e1896a6f1cb
5 dekabr / 11:57
Burada sizin reklamınız ola bilər

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Qərb Xəbər” APA-ya  istinadən xəbər verir ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada təşkil olunmuş görüşü çərçivəsində baş tutan danışıqlarda Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Nazir vurğulayıb ki, görüş çərçivəsində bir sıra ikitərəfli layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparmaq imkanı olacaq. Ceyhun Bayramov danışıqlarda regional təhlükəsizlik, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, eləcə də “3+3” formatında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək.

Nazir Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Sergey Lavrov iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə əlaqədar bir sıra iri layihələr, o cümlədən “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Sergey Lavrov görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair məsələlərin də müzakirə olunacağını vurğulayıb. Rusiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “3+3” platformasının perspektivli olduğunu qeyd edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı