Siyasət

Azərbaycanda seçici siyahıları dəqiqləşdirilib

29 may / 13:33 1 dəq
Trend election 110418
29 may / 13:33
Burada sizin reklamınız ola bilər

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

“Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı