Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Min bir dərdin dərmanı olan “ayı soğan”ın FAYDALARI: Təzyiq, yaddaş..

26 yanvar / 09:40 2 dəq
63d0d0abc287a63d0d0abc287b167462929163d0d0abc287763d0d0abc2878
26 yanvar / 09:40
Burada sizin reklamınız ola bilər

Elmi adı “Allium ursinum” olan xalyar bitkisi dünyada yabanı sarımsaq, “ayı soğanı” kimi tanınır. Min bir dərdin dərmanı olan bu bitki əsasən rütubətli meşələrdə bitir.

Xalyar demək olar normal sarımsağın xüsusiyyətlərinə malikdir. Ancaq ikisini müqayisə edəsi olsaq, “ayı soğanı” daha güclü otdur. Bu otun bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var.

“Qərb Xəbəryabanı sarımsaq kimi tanınan xalyar bitkisinin möcüzəvi təsirlərini təqdim edir.

Xalyar zehni tənzimləyir, konsentrasiyanı artırır, yaddaşı gücləndirir və həzm prosesini yaxşılaşdırır.

“Ayı soğanı”nın faydalı tərəflərindən biri də təzyiqi aşağı salmasıdır. Qan damarlarını açan, antibakterial və göbələk xəstəliklərinə qarşı effektiv təsir göstərən xalyar, böyrəkləri və su yollarını da tənzimləyir.

Məlumata görə, ayılar qış yuxusundan oyanan kimi mədə-bağırsaq və qanlarını təmizləmək üçün bu bitkini axtarırlar.

Qeyd edək ki, Azərbaycanda isə bu bitkiyə əsasən Qax, Zaqatala və Balakən rayonlarının dağlıq ərazilərində, rütubətli meşələrində rast gəlmək olur. Hətta bu bölgələrin mətbəxinə aid olan “xalyar” adlı yemək növü də var. Yeməklərin yanında turşu kimi də təqdim edilir. Yarpaqlarını isə müxtəlif növ salatlarda da istifadə etmək mümkündür.

Əsas məsələ bitkini bazardan alarkən mütləq təzə olduğuna diqqət etməkdir. Buna səbəb xalyar yeni-yeni çıxdıqda boyu 10 sm-ə qədər uzanır və elə bu formada da yeyilir. Xalyar “nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aid olduğu üçün bir az çətin tapılan bitkidir. Hazırda yerli bazarlarda kilosu 25 manata satılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı