Qazax rayonunda piyadanı avtomobil vurub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonunun Çaylı kənd yolunda baş verib.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən gənci vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.
Gəncin kimliyi və hadisənin təfərrüatları araşdırılır.