Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Strasburq məhkəməsi Saakaşvili ilə bağlı gözlənilməz qərar çıxarıb

13 may / 10:44 2 dəq
E8097a881dbe77124ee7539faafcc749
13 may / 10:44
Burada sizin reklamınız ola bilər

Strasburq məhkəməsinin qərarına əsasən, keçmiş prezident Mixeil Saakaşvilinin Polşaya (Varşavaya) köçürülməsindən imtina edilib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ədliyyə naziri Rati Breqadze keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Strasburq məhkəməsinin qərarı dövlətə Saakaşvilinin ölkə daxilində müalicə üçün başqa müəssisəyə köçürülməsini nəzərdə tutmayıb.

Nazir mətbuat konfransında bildirib ki, məhkəmənin qərarı bu gün dərc olunub:

“Bu gün Strasburq məhkəməsinin qərarı dərc edilib. Sözügedən qərara əsasən, “Saakaşvili Gürcüstana qarşı” işi üzrə məhkum edilmiş Mixeil Saakaşvilinin Varşavaya köçürülməsindən imtina edilib və dövlətə onun müalicə üçün başqa müəssisəyə köçürülməsi barədə göstəriş verilməyib”, – deyə Breqadze vurğulayıb.

Ədliyyə nazirinin sözlərinə görə, həkimlərin müvafiq rəyi olduqda, Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsinə geri köçürüləcək.

Məlumat üçün bildirək ki, aprel ayında Mixeil Saakaşvilinin ailə üzvləri onun xaricdə müalicəsi ilə bağlı Strasburq məhkəməsinə müraciət etmişdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı