Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Bir milyon ev təsərrüfatının fiber-optik internetə çıxış imkanı yaradılıb

17 may / 16:15 3 dəq
6464c06ae95ff6464c06ae960016843244586464c06ae95fd6464c06ae95fe
17 may / 16:15
Burada sizin reklamınız ola bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı, Azercell-in baş sponsorluğu ilə Bakıda ilk dəfə 16-17 may tarixində keçirilən “M360 Eurasia 2023” beynəlxalq konfransında mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gəlib. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparılıb.

“Qərb Xəbər” xəbər verir ki, tədbirdə “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov Azərbaycanda fiber-optik internet üzrə görülən işlərlə bağlı təqdimatla çıxış edib. Çıxış zamanı Elçin Niyazov “Aztelekom” MMC-nin həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib. E.Niyazov bildirib ki, Azərbaycanda fiber-optik şəbəkənin qurulmasına 2017-ci ildən başlanılsa da, 2021-ci ilə qədər 225 min ev təsərrüfatı əhatə olunub. Belə ki, 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 3 il ərzində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 1 milyona çatdırılıb. E.Niyazov bunun əvvəlki dövrlə müqayisədə 350% yüksək nəticə olduğunu vurğulayıb.

 

“Bizim əsas məqsədimiz əlçatanlığı və sərfəliliyi artıran xidmət və məhsullarımızı inkişaf etdirərək diqqətimizi müştəri məmnuniyyətinə yönəltməkdir. Müştərilərimizə dəyərli xidmət və sərfəli məhsul təqdim etmək bizim əsas öhdəliyimizdir. Hazırda ölkə ərazisində mövcud ev təsərrüfatlarının 39%-ni əhatə etmişik. Bu ilin sonuna qədər bu rəqəm 55% təşkil edəcək”, – deyə Elçin Niyazov məlumat verib.

Qeyd edək ki, “Aztelekom” MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması işləri görülür.

Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun əməkdaşlığı sayəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı