Dünya

Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

17 may / 15:56 1 dəq
6464bfb5df3f46464bfb5df3f516843242776464bfb5df3f26464bfb5df3f3
17 may / 15:56
Burada sizin reklamınız ola bilər

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

“Qərb Xəbər” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.

Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına toxunaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son bəyanatını xatırladıb.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 min və 86,6 min kvadrat kilometr çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

Paylaş
Burada sizin reklamınız ola bilər