Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Zakir Həsənov azad olunan ərazilərdə yeni açılışlar edib

16 dekabr / 11:06 2 dəq
5c54b81c 3a6f 3d83 88cf 10dd4ddeefb7
16 dekabr / 11:06
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunmuş ərazilərdə yeni inşa edilmiş hərbi infrastruktur obyektləri ilə tanış olub.

Müdafiə nazirinə məruzə olunub ki, modul tipli yerləşmə məntəqəsi hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Kompleks mərkəzləşdirilmiş istilik sistemi, işıq və su ilə təchiz edilib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonra Müdafiə naziri hərbi hissələrin birində yeni tikilmiş qarovul şəhərciyinin açılış mərasimində iştirak edib.

Bildirilib ki, qısa müddət ərzində müasir standartlara uyğun inşa edilən qarovul evində xidmətin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb.

Binada mərkəzləşdirilmiş istilik sistemi, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.

Qarovul şəhərciyinin ərazisində abadlıq və quruculuq işləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.

Sonda Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı