Tovuz rayonuna güclü sulu qar yağıb.
“Qərb Xəbər” saytının məlumatına görə, yağıntı hər hansı bir şəkildə fəsad törətməyib. Hətta yerli əhali sulu qarın havanı koronavirusdan təmizlədiyini düşünür.
Qeyd edək ki, dünən Tovuzun dağ kəndlərinə qar yağdığı ilə bağlı xəbər vermişdik.