Hadisə

Yüksək dağlıq ərazilərə qar yağıb – FAKTİKİ HAVA

18 noyabr / 11:52 1 dəq
C4ea82d6 86eb 3f10 8fcb 4334e71bdcd7
18 noyabr / 11:52
Burada sizin reklamınız ola bilər

Noyabrın 18-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.

Bu bardə “Qərb Xəbər”ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 16 mm, Quba, Gədəbəydə 10 mm, Qusar, Şəkidə 6 mm, Ordubad, Xaltan, Şahdağda 5 mm, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4 mm, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3 mm, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2 mm, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.

Paylaş
Burada sizin reklamınız ola bilər