Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Çexiya Prezidenti Qərbin Rusiya və Çinlə strateji rəqabət erasına girdiyini bildirib

6 may / 09:15 2 dəq
88ccf41c dbf9 3aa8 94e8 fb72845d5ccf
6 may / 09:15
Burada sizin reklamınız ola bilər

Qərb bir tərəfdən demokratiya ilə, digər tərəfdən avtoritar hökmdarlar arasında strateji rəqabət dövrünə qədəm qoyur.

“Qərb Xəbər” “České noviny”yə istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavelin təhsil aldığı Londondakı Kral Müdafiə Araşdırmaları Kollecinə səfər edərkən deyib.

Çexiya rəhbəri Ukraynaya qarşı təcavüzkar müharibə aparan Rusiyanı və iqtisadi vasitələrlə bütün dünyada təsirini gücləndirən Çini misal çəkib.

“Demokratik təfəkkürlü ölkələr onlara uğurla müqavimət göstərmək üçün birlikdə çalışmalıdırlar”, – Pavel bildirib.

Onun sözlərinə görə, potensial olaraq demokratik liderlərin tərəfində bəzi çatışmazlıqları olan, lakin demokratik olmağa çalışan və əməkdaşlığa hazır olan ölkələr olacaq.

“Digər tərəfdən, mövcud dünya düzənini dəyişmək istəyənlər beynəlxalq hüquq normalarını, beynəlxalq ticarət qaydalarını yenidən yazacaq, həmçinin bir sıra ölkələr üzərində daha çox təsir və güc əldə etmək niyyətinə girərlər”, – Çexiya Prezidenti əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı