Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

51 abituriyentin qiymətində dəyişiklik edilib

16 iyul / 17:10 3 dəq
F96d3b2b 8b46 4e63 9e95 b1f6393b9bca
16 iyul / 17:10
Burada sizin reklamınız ola bilər

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyası rəyini açıqlayıb. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, komissiyaya 449 abituriyent (bütün imtahan verənlərin 1,87%-i) 1500-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.

Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilmiş və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Apelyasiyaya müraciət edənlərdən 51 abituriyentin (bütün imtahan verənlərin 0,21%-i) cəmi 54 tapşırıq (bütün tapşırıqların 0,025%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Apelyasiya Komissiyasının qərarı ilə fizika fənni üzrə situasiya məsələsinin üçüncü tapşırığının (I qrup üzrə 60, IV qrup üzrə 90 nömrəli tapşırıq) qiymətləndirmə meyarının 1 ballıq şkalasında B bəndində əks olunan hallardan `halı 2 (tam) ballıq şkalaya keçirilmiş və yazı işi bu hala uyğun olan 370 şagirdin nəticəsində müvafiq dəyişiklik edilmişdir. Həmçinin Apelyasiya Komissiyasının qərarı ilə I ixtisas qrupunda kimya fənni üzrə situasiya məsələsinin birinci tapşırığına (B və D variantlarında 88 nömrəli) cavab olaraq “amorf kükürd” yazmış 39 şagirdin həmin tapşırıq üzrə işi 2 (tam) balla qiymətləndirilib.

Abituriyentlərin (o cümlədən Apelyasiya Komissiyasına müraciət etməmiş, lakin qeyd olunan tapşırıqlarla bağlı qiymətləndirmə meyarlarına edilən dəyişikliklə əlaqədar nəticələri dəyişən) nəzərinə çatdırırıq ki, lazımi dəyişikliklər onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb və imtahan nəticələri yenilənib. Nəticələri dəyişən və Apelyasiya Komissiyasına müraciət etməyən şəxslərin telefon nömrələrinə bununla bağlı SMS xəbərdarlıq göndərilib.

Məlumat üçün bildiririk ki, I və IV qruplar üzrə qəbul imtahanlarında 24000-dən çox şagird iştirak edib və bu şagirdlərin, ümumilikdə, 216000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı