Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zaxarova: Xəzərdə nüvə təhlükəsi var

20 iyun / 15:13 2 dəq
Zaxarova yeni
20 iyun / 15:13
Burada sizin reklamınız ola bilər

Xəzər dənizi regionunda nüvə təhlükəsi var.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Peterburq Forumu çərçivəsində keçirilən OANA-nın XIX Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, Rusiya İran və İsrail ətrafındakı vəziyyəti danışıqlar müstəvisinə qaytarmaq üçün hər şeyi edir.

“Biz çağırırıq və bunu danışıqlar müstəvisinə qaytarmaq üçün hər şeyi edirik, Bizim də mənsub olduğumuz bütün region üçün fiziki təhlükənin nə olduğunu başa düşürük. Orada Xəzər var. Xəzər təkcə İran deyil. Xəzər bir neçə dövlətdir, o cümlədən bizim ölkədir. Bizim üçün bu, birbaşa əhəmiyyət kəsb edir. İsrailin bir sıra digər dövlətlərlə həmsərhəd olan başqa bir su hövzəsinə çıxışı var. Fukusimanı xatırlayın. Bu, lokal hekayə idi. Yaponiyanın fəlakəti lokallaşdırmaq üçün imkanları var idi”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova əlavə edib ki, İsrailin İrana qarşı əməliyyat keçirməsi üçün heç bir səbəb olmayıb. O, vurğulayıb ki, dünya İsrailin zərbələri səbəbindən nüvə fəlakətindən santimetrlər uzaqdadır.

Rusiya XİN rəsmi həmçinin qeyd edib ki, İranın nüvə proqramı təcavüzkar hərəkətlərin deyil, danışıqların mövzusu olmalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı