Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

“Naxçıvan Bank”ın mənfəəti azalıb

16 iyul / 18:07 1 dəq
Eb7a0503 1254 408a 8ad0 083a3eb23069
16 iyul / 18:07
Burada sizin reklamınız ola bilər

Naxçıvan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 215,764 milyon manat təşkil edib.

Bu, ötən il iyulun 1-i ilə müqayisədə 12,5% çoxdur.

“Naxçıvan Bank”ın aktivlərinin 74,374 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın cəmi öhdəlikləri 16,1% artaraq 135,364 milyon manata, o cümlədən depozit portfeli 19,5% artaraq 89,317 milyon manata, cəmi kapitalı isə 6,9% artaraq 80,4 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Naxçıvan Bank”ın gəlirləri 4,965 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,3% çox), xərcləri 2,139 milyon manat (17% çox), xüsusi ehtiyatlara ayırmaları isə 603 min manat (7,4% az) təşkil edib. Son nəticədə Bank I yarımili 2,223 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 4,5% azdır.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 67,83 mln. manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı