Dünya

ABŞ-də 22 nəfəri öldürüb, 60 nəfəri yaralayan şəxs intihar edib

28 oktyabr / 10:40 1 dəq
653ca8b49f939653ca8b49f93a1698474164653ca8b49f937653ca8b49f938
28 oktyabr / 10:40
Burada sizin reklamınız ola bilər

Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə NBC News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hələlik rəsmi təsdiq olmasa da, şübhəli 40 yaşlı Robert Cardın intihar etdiyi deyilir.

Qeyd edək ki, oktyabrın 26-da ABŞ-də silahlı insident olub. Silahlı şəxs restoran, mağaza və əyləncə mərkəzinə daxil olaraq atəş açıb. Atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı