Kateqoriyasız

Yeni Gürcüstan-Azərbaycan birgə gömrük məntəqəsi inşa ediləcək

20 may / 14:06 1 dəq
60a62976d99c160a62976d99c2162150232660a62976d99bf60a62976d99c0
20 may / 14:06
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər xidmətinin rəis müavini Vladimer Xundadze və Gömrük İdarəsinin rəisi Zurab Siçinavayla işgüzar görüş keçirib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Gürcüstan və Azərbaycan Respublikası arasında gömrük-keçid məntəqələri haqqında mövcud razılaşma çərçivəsində yeni, birgə gömrük məntəqəsi – “Abreşumis Qza – İpək yolu”nun tikintisi layihəsini müzakirə olunub. Bundan başqa, tərəflər Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq haqqında üçtərəfli sazişi müzakirə edib.

Qeyd edək ki, görüş Azərbaycan Respublikasının ərazisində, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində baş tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər