Dünya

Hakan Fidan misirli həmkarı ilə Qəzzaya humanitar yardım məsələsini müzakirə edib

14 noyabr / 09:02 1 dəq
Indir 2023 11 14T090146.519
14 noyabr / 09:02
Burada sizin reklamınız ola bilər

Türkiyə xarici işlər naziri Hakan Fidan bu axşam Misirin xarici işlər naziri Semih Şükri ilə telefonla danışıb.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə XİN-dən diplomatik mənbə bildirib.Qeyd olunub ki, görüş zamanı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında qəbul edilən qərarların icrası istiqamətində hansı addımların atılacağı ilə bağlı fikir mübadiləsi aparılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, iki nazir Qəzzaya humanitar yardımın çatdırılması məsələsini də müzakirə ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər