Dünya

Ukrayna Soçiyə zərbə endirdi-ÖLƏN və YARALANAN var

24 iyul / 10:14 1 dəq
Soçi zerbe
24 iyul / 10:14
Burada sizin reklamınız ola bilər

Ukrayna Soçiyə dronlarla hücum edib, Tavriçeskaya küçəsində yerləşən neft anbarına zərbə endirilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Sirius” Federal Təhsil Mərkəzinin administrasiyasının rəhbəri Dmitri Plişkin məlumat yayıb.

Krasnodar diyarının əməliyyat qərargahından verilən məlumata görə, hücum zamanı bir qadın həlak olub, daha biri ağır xəsarət alıb.

Bəzi otellərdə istirahət edənlər yeraltı qarajlara təxliyə olunublar. Soçi hava limanında isə uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər