Bölgə xəbərləri

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

12 sentyabr / 10:56 1 dəq
29c06d0b 1a1b 3ae0 971e 8b19034ea1d6
12 sentyabr / 10:56
Burada sizin reklamınız ola bilər

“Son sutkada Ukraynada Rusiya ordusunun 300 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 52 950-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 168 tank, 4 640 zirehli döyüş maşını, 1 269 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 243 təyyarə, 213 helikopter, 903 PUA, 216 qanadlı raket, 15 gəmi, 3 463 avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.

Paylaş
Burada sizin reklamınız ola bilər