Tehran ətrafında yerləşən sənaye bölgəsi bombalandı
İran paytaxtı Tehranın ətrafında yerləşən Rabat-Kərim sənaye zonası havadan hücuma məruz qalıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehranın cənubunda yerləşən Rabat-Kərim sənaye zonasına ABŞ və İsrail tərəfindən yeni kütləvi bombardman həyata keçirilib.
Hücum nəticəsində maddi ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı