Tovuz rayon Aşağı Quşçu kənd sakini ikinci qrup əlil olan Eldəniz Qasımov gözlərinin çox zəif gördüyünü və bu hala qardaşlarının döyməsi nəticəsində düşdüyünü iddia edir.
Hadisə 2014-cü ildə baş versə də, indiyə kimi heç bir aidiyyatı orqanlara şikayyət etməyib, dediyinə görə “El qınağı”ndan ayıb edib. İndi isə yaşadığı evi vaxtı ilə atası ona aldığını, lakin atasının vəfatından sonra nə anası, nə də qardaş və bacılarının ona heç bir əmlak vermək istəmədiyini söylədi. Bu barədə Məhkəməyə şifahi olaraq müraciət etsə də, ona vəkil tutması məsləhət görülüb. Vəkil tutmağa isə pulunun olmadığını deyən Eldəniz Qasımov probleminin həllini “Qərb Xəbər” vasitəsilə ictimailəşdirməkdə görür!
Qərb Xəbər. Ülviyyə Həsənli.