UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək.
Qerbxeber.com xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılşamaları bu gün keçiriləcək.
“Fiorentina” doğma meydanda “Sele”, “Çelsi” isə “Legiya” ilə üz-üzə gələcək.
“Betis” Polşada “Yagelloniya”nın, “Yurqorden” isə “Rapid”in qonağı olacaq.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab görüşləri
17 aprel
23:00. “Fiorentina” (İtaliya) – “Sele” (Sloveniya)
İlk oyun – 2:1.
23:00. “Yagelloniya” (Polşa) – “Betis” (İspaniya)
İlk oyun – 0:2.
23:00. “Çelsi” (İngiltərə) – “Legiya” (Polşa)
İlk oyun – 3:0.
23:00. “Rapid” (Avstriya) – “Yurqorden” (İsveç)
İlk oyun – 1:0.
Qeyd edək ki, UEFA Konfrans Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.