Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Türkiyədə Zəfər Bayramı qeyd olunur

30 avqust / 10:56 2 dəq
Türk bayragı ataturk
30 avqust / 10:56
Burada sizin reklamınız ola bilər

Türkiyədə Zəfər Bayramının 103-cü ildönümü geniş qeyd olunur.

Milli bayramla əlaqədar qardaş ölkənin hər yerində çoxsaylı yürüş, görüş, konsert proqramı və digər tədbirlər təşkil edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkə rəhbərləri ənənəvi olaraq Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək, türk xalqının milli azadlıq mübarizəsinin bütün iştirakçılarının xatirəsini ehtiramla anacaqlar.

Prezident Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Ankaradakı Prezident sarayında Zəfər Bayramı münasibətilə təbrikləri qəbul edəcək.

Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında türk ordusunun 1922-ci il avqustun 26-da Dumlupınar döyüşü ilə başlayan hücumu dörd gün davam edib və müdaxiləçi qoşunların tam məğlubiyyəti ilə başa çatıb. Bu Zəfər türk xalqının milli-azadlıq mübarizəsində dönüş nöqtəsi oldu – xarici qüvvələr Türkiyə ərazisindən sıxışdırılıb çıxarıldı və tezliklə Cümhuriyyət elan edildi. Dumlupınar Zəfərindən sonra Mustafa Kamal Paşa qoşunlara yeni bir əmr verdi: “İlk hədəfiniz Aralıq dənizidir. İrəli!” Sentyabrın 9-da türk ordusu İzmiri azad etdi.

Xatırladaq ki, Zəfər Bayramı 1926-cı ildə Türkiyədə milli bayram kimi təsis edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı