Hadisə

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib

18 yanvar / 13:53 1 dəq
678b73e858b89678b73e858b8a1737192423678b73e858b85678b73e858b87
18 yanvar / 13:53
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycana səfərə gələn Türkiyə Xarici İşlər naziri Hakan Fidanla, xarici işlər naziri Ceyhun Bayramov  arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

Görüşdə təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət gündəmin əsas mövzusu olub.

Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər