Dünya

HƏMAS girovları qaytarmasa, İsrail Qəzzada əməliyyatları bərpa edəcək

12 fevral / 08:57 1 dəq
D2873c9255b4aba86bb1a84b36d34b79netanyu jpg
12 fevral / 08:57
Burada sizin reklamınız ola bilər

HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək.

Qerbxeber.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekunu ilə bağlı açıqlamasında deyib.

“Bu qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərardır. Əgər Həmas şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu Həmas nəhayət məğlub olana qədər intensiv hərbi əməliyyatlara davam edəcək”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər