Qəzza ilə də bağlı atəşkəs üçün Türkiyə, Misir və Qətərlə birlikdə hərəkət edəcəyik.
Qerbxeber.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden İsrail-Livan (Hizbullah) arasındakı atəşkəs razılaşması ilə bağlı açıqlamasında deyib.
“Qarşıdakı günlərdə ABŞ, Türkiyə, Misir, Qətər və İsraillə birgə Qəzzada atəşkəs razılaşması üçün cəhd göstərəcəyik”, – deyə bildirib.
Qeyd edək ki, ötən gün İsraillə Livan (Hizbullah) arasında atəşkəs razılaşması təsdiqlənib. Razılaşma bu gün 04:00-da qüvvəyə minir.