Türk Kiprində Xocalı ilə bağlı konfrans keçiriləcək
Qərbxeber xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Diaspora Dəstək Fondu və Türk Ağsaqqalları Birliyinin təşkilatçılığı ilə fevralın 26-da keçiriləcək konfransda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, dövlət rəsmiləri, millət vəkilləri, azərbaycanlı, türk tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edəcəklər.
Azərbaycan nümayəndə heyəti Hərb Muzeyi, Karaoğlanoğlu Şəhidlər Xiyabanı və Açıq Hava Hərb Muzeyini də ziyarət edəcəklər.




