Qerbxeber.com Gürcüstan mediasina istinadən xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkədə məlumat verib.
Tramp qeyd edib ki, onun gələcək milli təhlükəsizlik müşaviri Çin, Rusiya, İran və qlobal terrorizmdən gələn təhdidlər üzrə ekspert hesab olunur.
Qeyd edək ki, Mayk Volts ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında Florida ştatını təmsil edir və Amerikanın xüsusi təyinatlı qüvvələrində xidmət edən ilk “Yaşıl Beret”dir ki, Konqresə seçilib. Volts, Nümayəndələr Palatasında Çinlə mübarizə və Çinə resurs asılılığının azaldılması mövzuları ilə məşğul olur və Respublikaçılar Partiyasında Pekinin əsas tənqidçilərindən biri hesab olunur.
Xatırladaq ki, 2020-ci ildə Mayk Volts daha 12 konqresmenlə birlikdə Bidzina İvanişvili “Putinin yaxın müttəfiqi” kimi xarakterizə olunur hesabatını imzalayıb.