Donald Trampın Rusiya və Ukraynaya səfəri gözlənilir
Official portrait of President Donald J. Trump, Friday, October 6, 2017. (Official White House photo by Shealah Craighead)
ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp yaxın gələcəkdə tərəfləri atəşkəsə inandırmaq məqsədilə Rusiya və Ukraynaya səfər edə bilər. Qərbxəbər.com 24News.ge istinadən xəbər verir ki, bunu “RİA Novosti”yə türkiyəli analitik Engin Özər deyib. O bildirib ki, Trampın planı sülh sazişini nəzərdə tutmur “Trampın planının gerçəkləşməsi üçün onun vəzifəyə başlaması lazım deyil, sadəcə tərəfləri razı salması lazımdır. Tramp atəşkəsin texniki detallarını müzakirə etmək üçün yaxın vaxtlarda Kiyev və Moskvaya səfər edə bilər. Onsuz da sülh müqaviləsi imzalanmayacağına görə hər hansı mərasimlə atəşkəs imzalamağa ehtiyac qalmaya bilər”, – deyə analitik qeyd edib.





