Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İrana hücumun detalları – İsrail mediası

1 fevral / 03:17 3 dəq
Iran partlayis
1 fevral / 03:17
Burada sizin reklamınız ola bilər

İsrail ordusu İran hədəflərinə qarşı son hava hücumlarını şərh etməyib, baxmayaraq ki, bu hücumların İsrailə aid olduğu bildirilir. İlk hücum İran daxilindəki hədəfə – İsfahandakı silah istehsalı müəssisəsinə, ardınca Suriya-İraq sərhədinin Suriya tərəfində İrandan silah daşıyan karvanlara olub. İranın hərbi obyektinə hücum PUA ilə həyata keçirilib. Hücum onu göstərir ki, İsrail İrana qarşı fəaliyyətini gücləndirir. Bu, təkcə nüvə proqramı ilə mübarizə sahəsində deyil, həm də regionun qonşu ölkələri də daxil olmaqla, daha geniş ərazidə aparılır.

“Qərb Xəbər” bildirir ki, bu barədə “Haaretz” məlumat yayıb.

“Keçmişdə İsrailin İrana qarşı aktiv fəaliyyət istiqamətləri bunlar idi: İranın nüvə proqramı ilə bağlı fəaliyyətlərinin, Tehranın Yaxın Şərqdəki terror təşkilatlarına silah ötürməsinin və digər ölkələrdə hərbi bazalar yaradılmasının qarşısını almaq. Naftali Bennetin baş nazir olduğu dövrdə bu istiqaməti genişləndirmək qərarı verildi. Şənbə günü axşam İsrail təhlükəsizlik kabineti Qüdsdə bir gün əvvəl baş vermiş terror aktına cavab tədbirləri ilə bağlı qərar qəbul etmək üçün Təl-Əvivdə toplaşarkən İsfahandakı raket zavodu PUA-larla bombalandı. Bazar və bazar ertəsi isə İran sərhədindəki Bukamal sərhəd-keçid məntəqəsi yaxınlığında yük maşınları karvanlarına zərbələr endirildi”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu hücumlara əsaslanaraq iki fərziyyə irəli sürmək olar:

“Birincisi, məqsəd İrandan Livandakı Hizbullaha silah, dəqiq idarə olunan raketlər və qabaqcıl hava hücumundan müdafiə sistemlərinin qaçaqmalçılığının qarşısını almaqdır. İkincisi, İsrail İrana işarə edir ki, hərbi gərginliyi genişləndirməkdən və gücləndirməkdən çəkinmir. Burda diqqət çəkən məqam Amerikanın da prosesdə iştirakıdır. İlk iki zərbə ABŞ MKİ rəhbəri Uilyam Börns İsraildə olarkən həyata keçirilib. Üçüncüsü isə ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayan Entoni Blinkenin gəlişindən bir qədər əvvəl baş verib”.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı