Dünya

İsveç Ukraynaya ən böyük yardım paketi ayıracaq

20 fevral / 10:46 1 dəq
8373c6ae d790 3fbc bd87 506c87c788a1
20 fevral / 10:46
Burada sizin reklamınız ola bilər

İsveç Ukraynaya 7,1 milyard İsveç kronu (təxminən 700 milyon dollar) dəyərində – rekord səviyyədə müdafiə sahəsində yardım paketi ayırmağı planlaşdırır.

Qerbxeber.com xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfinə növbəti yardım partiyasının verilməsi barədə bu gün İsveçin Baş naziri Ulf Kristersson və müdafiə naziri Pol Consonun iştirakı ilə keçiriləcək mətbuat konfranslarında məlumat veriləcək.

Bununla İsveç Ukraynaya sayca 15-ci yardım paketi təqdim edəcək. Yardım paketinə hərbi texnika və avadanlıqların daxil olacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər