Dünya

Aİ-nin komissarı Azərbaycana səfər edəcək

20 fevral / 10:51 1 dəq
Indir 2024 02 20T105118.940
20 fevral / 10:51
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının onuncu nazirlər iclasında və COP-un “yaşıl enerji” üzrə nazirlərin ikinci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Qerbxeber.com  Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və “yaşıl enerji” üzrə 2-ci iclası keçiriləcək.

Bu iki tədbirin keçirilməsi təkcə neft-qaz potensialı hesabına deyil, həm də alternativ enerji mənbələri hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu əyani şəkildə nümayiş etdirir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı