Sosial

Müəllimlərin vakansiya seçimi mərhələsi başa çatıb

14 avqust / 14:58 1 dəq
Cff54f74 e8a4 4691 969f 17c7746f9935
14 avqust / 14:58
Burada sizin reklamınız ola bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələdə 23 609 namizəd iştirak edib, onlardan 14 003 namizəd elektron ərizəsini təsdiqləyib.

Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər